TOP 10

Voleybolçularımız Rusiyaya uduzdu- YENİLƏNDİ

Voleybol
Tarix: 2018-10-02 10:12

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Yaponiyada təşkil olunan dünya çempionatında 3-cü oyununa çıxır. Sport24.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Rusiya ilə qüvvəsini sınayır.

 

İlk setin əvvəli alınır. Yığmamız 4:1 öndədi.

 

Ruslar özlərinə gəlir və ilk texniki fasiləyə 8:6 öndə yollanırlar.

 

Fərq artır. Şimal qonşularımızın üstünlüyü 3 xalla ölçülür - 10:13.

 

Ruslar meydanda aşkar dominantlıqla oynayır və ikinci texniki fasiləyə 5 xallıq ütünlüklə yollanırlar.

 

Faiq Qarayev döyüşə Natalya Məmmədovanı atır və bu, dərhal bəhrəsini verir. Ardıcıl 3 xal və ruslar taym-aut götürürlər - 14:16.

 

Lakin rualar texniki fasilədən sonra Natalyanı zərərsizləşdirə bilirlər. Ardıcıl uğurlu bloklar və fərq yenidən artır - 16:20 geridəyik.

 

Fərq yenidən 2 xala enir - 20:22.

 

Təəssüf ki, sonda yenidən səhvlər və Rusiya ilk seti qazanır.

 

_____

 

İkinci setdə də ruslar daha inamlıdı. İlk texniki fasiləyə Faiq Qarayevin yetirmələri 3 xal geridə yollanırlar.

 

Heç cür önə keçmək olmur. Ruslar oyuna nəzarəti əldən vermirlər. İkinci texniki fasiləyə də onlar 3 xallıq fərqlə yollanırlar.

 

Fantastika! 14:19 geridə olan qızlarımız inanılmaz əzmkarlıq hesabına hesabı 20:20-yə çatdırır.

 

Acı reallıq: Ruslar finiş xəttində möhtəşəmirlər.

 

_______

 

Üçüncü setin də startı rusların dominantlığı şəraitində keçir. Artıq debütdə Faiq Qarayev ilk taym-aut hüququndan istifadə edir. Hesab isə 6:2 rusların xeyrinədi.

 

İlk texniki fasiləyə ruslar 5 xallıq üstünlüklə yollanır. 

 

Hiss olunur ki, 2-ci setin sonluğu qızlarımıza çox pis təsir edib. Artıq nə emosiya var, nə də əzmkarlıq - 8:12.

 

İkinci texniki fasiləyə də ruslar 4 xallıq fərqlə yollanır.

 

19:21. Dönüş yaratmaq mümkün olacaqmı?

 

Olmadı. Təəssüf ki, yığmamız ruslara quru hesabla məğlub oldu.

 

 

08:40. Azərbaycan – Rusiya 0:4 (21:25; 21:25; 22:25)

 

ABŞ – 6 xal (set fərqi 6-0), Rusiya – 5 (6-2), Tailand – 4 (5-5), Azərbaycan – 3 (3-4), Koreya - 1 (3-6), Trinidad və Tobaqo – 0 (0-6).
 

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB