TOP 10

Şahmat millilərimizdən heç-heçələr: kişilər ilk xal itkisinə məruz qaldı - YENİLƏNDİ

Şahmat
Tarix: 2018-10-01 19:42

Batumidə təşkil olunan Şahmat Olimiadasında bu gün 7-ci turun qarşılaşmaları keçirilirb Sport24.az xəbər verir ki, 6 turdan sonra aktivində 12 xal olan kişilərdən ibarət Azərbaycan yığması komandamızla 1-ci pilləni bölüşən Polşa ilə üz-üzə gəlib.Qarşılaşmada heç-heçə başa çatıb. Bununla da millimiz turnirdə ilk xal itkisinə məruz qalıb. Azərbaycan Polşayla bigrə 12 xalla şərikli liderdi. 

 

Qadınlardan ibarət yığmamız isə İtaliya ilə qüvvəsini sınayıb. Bu duel də 2:2 hesablı bərabərliklə yekunlaşıb. Azərbaycanın hesabında 11 xal var. 

 

Kişilər

Polşa - Azərbaycan 2:2

Jan-Kristof Duda – Şəhriyar Məmmədyarov 1/2 : 1/2
Teymur Rəcəbov – Radoslav Voytaşek 1/2 : 1/2
Yatsek Tomçak – Arkadi Naydiç 1/2 : 1/2
Eltac Səfərli – Kamil Draqun 1/2 : 1/2

 

Qadınlar

İtaliya – Azərbaycan 2:2

Olqa Zimina – Günay Məmmədzadə 1/2 : 1/2
Zeynəb Məmmədyarova – Yelena Sedina 1/2 : 1/2
Dezire di Benedetto – Xanım Balacayeva 1/2 : 1/2
Ülviyyə Fətəliyeva – Marina Brunello 1/2 : 1/2

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB