TOP 10

Şahmat Olimpiadasında Azərbaycan rüzgarı: hər iki yığmamız qalib gəldi- YENİLƏNDİ

Şahmat
Tarix: 2018-09-30 20:25

Bu gün Batumidə 43-cü Şahmat Olimpiadasında 6-cı turun qarşılaşmaları keçirilir. Sport24.az xəbər verir ki, aktivində maksimum – 10 xal olan kişilərdən ibarət yığmamız Çexiya ilə, 8 xala sahib qadınlardan ibarət millimiz isə Latviya ilə üz-üzə gəlir.

 

Kişilərin mübarizəsində heç bir lövhədə nəzərəçarpacaq üstünlük yoxdursa, qadınların matçlarından biri başa çatıb. Xanım Balacayeva öz partiyasını 31-ci gedişdə heç-heçəylə başa vurub. 

 

Qadınlar arasında ilk lövhədəki partiya da "sülh"lə başa çatdı.

 

Teymur Rəcəbov da partiyasını heç-heçə başa vurdu. Bu arada Şəhriyar Məmmədyarov David Navaroya endşpil üzrə "master-klass" keçir. Partiya davam etsə də, həmyerlimiz bu mövqe üstünlüyünü qələbəyə çevirmək iqtidarındadı.

 

Ülviyyə Fətəliyevanın qələbəsi sayəsində qızlarımız hesabda önə keçiblər.

 

Şəhriyar Məmmədyarov Levon Aronyandan sonra David Navaranı da əzməyi bacardı. İndi əsas diqqət Rauf Məmmədovun qaralarla oynadığı partiyayadı. Arkadi Naydiçin uduzması qeyri-mümkün görünsə də, Raufun vəziyyəti ideal deyil.

 

Arkadi Naydiç də partiyasını qələbə ilə başa çatdırdı. Bu isə o deməkdi ki, Rauf Məmmədovun partiyasının necə nəticələnməsindən asılı olmayaraq, yığmamız ardıcıl 6-cı qələbəsini də qazandı.

 

Vəssəlam, Rauf da partiyanı xilas etdi və kişilərdən ibarət yığmamız 3:1 hesablı qələbəni bayram etdi!

 

Qadınların yarışmasında da zərif cins nümayəndələrimiz bizləri sevindirdi. Latviyanı da məlub edən qızlarımız xal ehtiyatını 10-a yüksəltdilər.

 

Kişilərin yarışmasında 6 turdan sonra Azərbaycan və Polşa hərəyə 12 xalla liderliyi bölüşürlər. Aktivində 11 xal olan ABŞ 3-cü pillədə qərarlaşıb.

 

Azərbaycan – Çexiya 3:1

 

Şəhriyar Məmmədyarov – David Navara 1:0
Viktor Lazniçka – Teymur Rəcəbov 1/2 : 1/2
Arkadi Naydiç – Zbinek Hraçek 1:0
İrji Stoçek – Rauf Məmmədov 1/2 : 1/2

 

Azərbaycan – Latviya 2,5:1,5

 

Günay Məmmədzadə - Laura Roxul 1/2 : 1/2
İlze Berzina – Xanım Balacayeva 1/2 : 1/2
Gülnar Məmmədova – Linda Krumina 1/2 :1/2
Elizabet Limanovska – Ülviyyə Fətəliyeva 0:1
 

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB