TOP 10

Millimizin oyunçusu: "Uduzsaq da, komanda ruhu hiss olunurdu"

Voleybol
Tarix: 2018-09-29 19:49

"Çox çalıdııq, mübarizə apardıq. Sübut etmək istətirdik ki, bura iddiasız gəlməmişik". Sport24.az xəbər verir ki, fikirləri Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Polina Rəhimova bildiib.

 

Faqi Qarayevin yetirmələri bu gün Yaponiyada startı verən dünya çempoionatına ABI yığmasına 0:3 hesablı məğlubiyyətlə başlayıb. Rəhimova qəqib çox güclü olduğunu söyləyib:,"Onlar dünya reytinqində 2-ci, biz isə 24-cü yerdəyik. Buna görə meydanda sonadək mübarizə aparmaq lazım idi. Təəssüf edirəm ki. yaxşı oyun göstərsək də, yenildik. Uduzsaq da, komanda ruhu hiss olunurdu. Bu, gələcək qarşılaşmalar üçün çox vacibdi. Çalışacağıq ki, qrupdan çıxaq və sonrakı hədəflərimizi müəyyənləşdirərək ona doğru irəliləyək".

 

Qeyd edək ki, millimiz final mərhələsində ikinci matçını Cənubi Koreyaya qarşı keçirəcək.  

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB