TOP 10

Millimizin oyunçusu: "Dünya çempionatında əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq"

Voleybol
Tarix: 2018-09-28 21:56

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının üzvü Yelizaveta Səmədova sabah Yaponiyada start götürəcək dünya çempionatı ilə bağlı düşüncələrini bölüşüb. Sport24.az xəbər verir ki, təcrübəli voleybolçu 2016-cı ildə İtaliyada keçirilən mundiala milli komandamızn tərkibində getdiyini xatırladıb: "Sadəcə , o vaxt yalnız tribunadan oyunları seyrcilərlə birgə izləyirdim. Amma bu gün 4 il sonra mən milli komandanın heyətində ölkəmizi dünya çempiomatında təmsil edirəm. Böyük inamla seçmə mərhələdə rəqiblərimizə qalib gələrək final mərhələsinə vəsiqəni qazandıq və artıq sabah bu böyük yarış başlayır. Bu yarışa gedən yolda deyərdim ki, biz komanda olaraq çox təlim məşq toplanışı keçirdik, çox yoldaşlıq görüşü oynadıq və sabah sonuncu dünya çempionu olan ABŞ millisi qarşılaşacağıq. İndi hamı hər halda, düşünür  - həyəcanlıyıqmı,?qalıb gələcəyikmi? Fikrimcə, hər bir meydançada olan oyunçu qələbə üçün meydançaya çıxır. Biz də əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq". Amma ən əsas bizə bizi sevən izləyən azarkeşlərin dəstəyi və inanması lazımdır...

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB