TOP 10

Natalya Məmmədova karyerasını bitirmək haqda düşünüb: "Mundialda 2-ci mərhələyə keçmək şansımız var"

Voleybol
Tarix: 2018-09-28 19:59

Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının lideri Nataliya Məmmədova qarşıdakı dünya çempionatıyla bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki,  təcrübəli hücumçu sabah start götürəcək mundialın milli komandamız üşün 4-cü, özü üçün 2-ci olacağını qeyd edib: "Doğrusu, Avropa çempionatıdan sonra karyeramı bitirmək haqqında düşünürdüm. Çünki mövsümdən sonra yorğun idim. İyun ayının sonlarında məndən dünya çempionatında, milli komandada oynamaq istəyib-istəmədiyim soruşulanda, oynamaq və millimizə əlimdən gələn köməyi etməyi qərarlaşdırdım. Bu gün millimizin heyətində elə oyuçular var ki, onlar ilk dəfədir ki belə böyük yarışda iştirak edirlər. Voleybol komanda oyunudu. Ona görə də birlikdə sona kimi mübarizə aparmalı və gənc oyunçulara kömək etməliyik".

 

Natalya rəqilərimizi də dəyərləndirib: "Bildiyiniz kimi, C qrupunda mübarizə aparacağıq. Rəqiblərimiz haqqında deyə bilərəm ki, Asiya voleybolu müdafiədə hər zaman yaxşı oynayır. ABŞ sonuncu dünya çempionudu, Rusiya millisi yeni məşqçi və yeni oyunçularla iştirak edir. Trinidad və Tobaqo millisini tam olaraq oyununu görməmişəm. Bu komandanın orta oyunçusu Sinead Ceki tanıyıram. Onun oyununu Rusiya çempionatında görmüşəm. Düşünürəm ki, digər oyunçular da yaxşıdırlar. Hər birimiz həm psixoloji hazır olsaq və həyəcanımız az olarsa, bizim üçün oynamaq daha rahat olacaq. Fikrimcə, 2-ci mərhələyə keçmək şansımız var və bu, əlimizdədi"

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB