TOP 10

Şahmat Olimpiadasında qrossmeysterlərimiz erməniləri də əzdi, yunanları da - YENİLƏNDİ

Şahmat
Tarix: 2018-09-28 20:14

Batumidə keçirilən 43-cü Şahmat Olimpiadasında bu gün 5-ci turun partiyaları keçirilir. Sport24.az xəbər verir ki, Ermənistana qarşı oynayan kişilərdən ibarət və Yunanıstanla qarşılaşacaq qadınlardan ibarət yığmalarımızın partiyaları saatyarım öncə start götürüb.

 

Əsas diqqətlər ermənilərə qarşı mübarizə aparan kişilərdən ibarət yığmamıza yönəlib. Hələlik hadisələrin gedişatı nikbin əhval-ruhiyyə üçün əsas vermir. İkinci və 3-cü lövhədə mübarizə aparan Teymur Rəcəbov və Arkadi Naydiçin partiyalarında heç-heçə qoxusu gəlirsə, digər iki lövhədə daha gərgin mübarizə davam edir. Komandamızın lideri Şəhriyar Məmmədyarov 18 gedişdən sonra qaralarla Levon Aronyana qarşı heç də ürəkaçan durumda deyil. Rauf Məmmədov isə Hayk Martirosyana qarşı ağ fiqurlarla 17 gedişdən sonra cüzi üstünlüyə yiyələnib. Hələlik ən narahatedici durum Məmmədyarovdadı.

 

Aronyan - Məmmədyarov partiyasında vəziyyət kulminasiya nöqtəsinə çatıb. iki piyada üstün olan erməni, 23-cü gedişdə Şəhriyarın fil qurbanına tuş gəlib. Deyəsən, həmyerlimiz kritik vəziyyətdən çıxmağı bacaracaq. Digər partiyalarda Teymur Rəcəbov üstünlüyünü damla-damla toplayır və Qabriel Sarqisyan üzərində qələbə qazanmaq üçün yetərincə şanslı görünür. Rauf Məmmədov daha az üstünlüyə sahib olsa da, Hayk Martirosyanı təzyiq altında saxlayır. Arkadi Naydiçə gəlincə, onun vəziyyətindən heç-heçə qoxusu çəkilməyib.

 

Arkadi Naydiç ardıcıl kobud səhvlərdən sonra Qrant Melkumyanla partiyanın 41-ci gedişində təslim oldu. Buna baxmayaraq, ümumi hesabda qalib gəlmək şanslarımız kifayət qədər yüksəkdi. Şəhriyar Məmmədyarovun fil qurbanı özünü doğruldur. İndi Aronyanın xilas olması yalnız möcüzəyə bağlıdı. Teymur da Sarqisyan üzərində nəzərəçarpacaq üstünlüyə malikdi. Bu arada Rauf üstünlüyünü əldən versə də, heç-heçə etmək şansları kifayət qədər yüksəkdi.

 

Sevindiricidir ki, proqnozlarımız doğrulmaqdadı. Şəhriyar 48-ci, Teymur isə 43-cü gedişdə rəqiblərini "ağ bayraq" qaldırmağa məcbur etdilər. İndi bütün diqqətlər Raufun partiyasına yönəlib. Məmmədov məğlub olmasa, şahmatçılarımız ardıcıl 5-ci qələbələrini rəsmiləşdirəcəklər!

 

Bitdi! Rauf heç-heçəyə razılaşmaqla yığmamızın ümumi hesabda qalib gəlməsini rəsmiləşdirdi: 2,5:1,5.

 

Ermənistan – Azərbaycan 1,5:2,5

 

Levon Aronyan – Şəhriyar Məmmədyarov 0:1
Teymur Rəcəbov – Qabriel Sarqisyan 1:0
Qrant Melkumyan – Arkadi Naydiç 1:0
Rauf Məmmədov – Hayk Martirosyan 1/2:1/2

 

Yunanıstan – Azərbaycan 1:3
 

Anna-Mariya Botsari – Zeynəb Məmmədyarova 1/2:1/2
Xanım Balacayeva - Stavrola Tsokalidu 1:0
Anastasiya Avramidu – Gülnar Məmmədova 1/2:1/2
Ülviyə Fətəliyeva – Haritomeni Markantonaki 1:0
 

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB