TOP 10

Nəbiyevin Hollandiya sınağı

Digər
Tarix: 2018-09-28 09:00

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək. Sport24.az xəbər verir ki, təmsilçimiz sentyabrın 29-da “Glory” seriyalı yarışda qüvvəsini sınayacaq. 

 

Alim Hollandiyanın paytaxtı Amsterdamda təşkil olunacaq “Glory59” çərçivəsində döyüşəcək. Yarımorta çəki dərəcəsində çıxış edən kikboksçumuz hollandiyalı Eyevan Danenberqlə üz-üzə gələcək.

 

Amsterdamdakı “Yohan Kroyff Arena”da keçiriləcək döyüş gecəsi Bakı vaxtı saat 23:30-da başlayacaq. “Glory59”dan bir gün öncə isə kikboksçuların çəki mərasimi təşkil olunacaq.

 

Alim bu çəki dərəcəsində “Glory” reytinqində 2-cidirsə, rəqibi siyahıda 4-cü yerdədi. Seriya çərçivəsində keçirdiyi 4 qarşılaşmada 3 qələbə və 1 məğlubiyyəti olan idmançımız ümumilikdə 57-ci döyüşünə çıxacaq. Onun hesabında 49 qələbə və 7 məğlubiyyət var.
 

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB