TOP 10

Azərbaycan millisi DÇ-də 5-ci oldu

Cüdo
Tarix: 2018-09-27 17:45

Azərbaycan milli komandası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında çıxışını başa vurub. Sport24.az xəbər verir ki, yığmamız Milli Gimnastika Arenasında təşkil olunan mundialın son günündə komanda yarışlarına qatılıb.

 

Azərbaycan millisi mübarizəyə 1/8 finaldan qoşulub. Yığmamızın ilk rəqibi Avstriya olub. Komandamız 4:1 hesablı qələbə qazanıb. Lakin 1/4 finalın Yaponiya ilə duelində yığmamız 2:4 hesabı ilə uduzub.

 

Təsəlliverici mərhələyə qatılan komandamız Hollandiya ilə görüşüb. Yığmamız 4:2 hesablı qələbə ilə bürünc uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

 

Mükafatçılar sırasına düşmək uğrunda mübarizədə millimiz Rusiya ilə qarşılaşıb. Cüdoçularımız şimallılarla dueldə 1:4 hesabıyla məğlub olublar.

 

Nəticədə Azərbaycan millisi komanda yarışlarını 5-ci pillədə bitirib.

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB