TOP 10

Azərbaycan DÇ-ni 11-ci yerdə başa vurdu

Cüdo
Tarix: 2018-09-27 09:00

Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub. Sport24.az xəbər verir ki, komanda üzvlərindən Uşangi Kokauri (+100 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib olub. Bundan başqa Kəramət Hüseynov (60 kq) 5-ci, İrina Kindzeska (+78 kq) 7-ci yeri tutub.

 

Azərbaycan yığması kişilərin mübarizəsində 6-cı, qadınların yarışında 24-cü yerlə kifayətlənib.

 

Bakıdakı dünya çempionatında 125 ölkədən cəmi 22-si medal qazana bilib. 14 qızıl medaldan yarısı Yaponiyaya qismət olub. Cüdonun yaradıcıları qadınların yarışında 5, kişilərin mübarizəsində 2 qızıl medala yiyələnib. Ümumilikdə 56 medalın 16-sı (7 qızıl, 5 gümüş və 4 bürünc) "gündoğar ölkə"yə qismət olub. Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn Yaponiya yığmasının üzvlərindən yalnız 2-si medalsız qalıb. Mükafatçılar sırasına düşə biməyənlərdən 1-i isə 5-ci yerlə kifayətlənib. Qadın cüdoçulardan hamısı - 5-i qızıl, 3-ü gümüş, 1-i bürünc medal qazanıb. Kişilərdən isə 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal əldə edib. Ən yüksək əyarlı medallar 60 kq və 66 kq çəkilərdə əldə edilibsə, medalsız qalan cüdoçulardan 1-i 100 kq, digəri isə 100 kq-dan yuxarı çəkilərdə mübarizə aparıb.

 

Qalan qızıl medallardan 2-si Cənubi Koreyaya, hərəyə 1-i Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub.

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB