TOP 10

Azərbaycan cüdoçusu DÇ-də gümüş medal qazandı

Cüdo
Tarix: 2018-09-26 18:55

Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulub. Sport24.az xəbər verir ki, yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu - Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxıb. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

 

İrina Kindzerskaya 1/16 finalda litvalı, 1/8 finalda puerto rikolu rəqiblərini məğlub etsə də, 1/4 finalda bosniyalı Larisa Çeriçə ipponla məğlub olub. Cüdoçumuz bürünc medal qazanmaq üçün təsəlliverici döyüşlərdə iştirak edib. Bu mərhələdə Kindzerskayanın rəqibi türkiyəli Kayra Sayıt olub. O, türkiyəli Kayra Sarıta əlavə vaxtda uduzaraq mükafatsız qalıb.

 

“Qəbələ” İdman Klubunun da şərəfini qoruyan Uşanqi Kokauri isə dünya çempionatının gümüş mükafatını qazanıb. 26 yaşlı idmançı Milli Gimnastika Arenasında təşkil olunan çempionata ikinci mərhələdən start verib. Belarus təmsilçisi Vladislav Tsiarpitski və polşalı Matsey Sarnaçkini məğlub edən idmançı 1/4 finala vəsiqə qazanıb. Cüdoçumuz bu mərhələdə çexiyalı Lukaş Kpraleklə qarşılaşıb. 2014-cü ilin dünya, 2016-cı ilin Olimpiya, 2018-ci ilin Avropa çempionu ilə mübarizədə də qalib gələn Uşanqi yarımfinala yüksəlib. Təmsilçimiz finala vəsiqə uğrunda qarşılaşmada özbəkistanlı Bahmurod Oltiboyevlə üz-üzə gəlib. Rəqibini 25 saniyəyə məğlub edən Uşanqi finala yüksəlib. Qızıl medal uğrunda qarşılaşmada onun rəqibi Gürcüstan idmançısı Quram Tuşişvili olub. Bu dəfə məğlub olan təmsilçimiz dünya çempionatını 2-ci pillədə başa vurub.

 

Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.

 

Dünya çempionatına sentybarın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB