TOP 10

Azərbaycan yığmaları heyətlərini açıqladı

Şahmat
Tarix: 2018-09-25 12:19

Batumidə 43-cü Şahmat Olimpiadası davam edir. Sport24.az xəbər verir ki, kişi və qadınlardan ibarət yığmalarımız bu gün keçiriləcək 2-ci tur üçün heyətlərini açıqlayıblar.

 

İtaliya yığmasıyla qarşılaşacaq kişilərdən ibarət komandamız ilk turdan fərqli olaraq, bu dəfə 1-ci lövhədə Şəhriyar Məmmədyarovla təmsil olunacaq.

 

İtaliya – Azərbaycan

Daniele Vokaturo – Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Miçele Qodena 
Luka Moroni – Arkadi Naydiç
Rauf Məmmədov - Sabino Brunello

 

Qadınlardan ibarət yığmamız isə Belçikaya qarşı çıxış edəcək.

 

Azərbaycan - Belçika

 

Günay Məmmədzadə - Anne Qossens
Darya Vandufyus - Zeynəb Məmmədyarova
Gülnar Məmmədova – Vyebke Barbye
Annelis Quvelye - Ülviyə Fətəliyeva

 

Qeyd edək ki, hər iki yığmamız ilk turu qələbəylə başa vurub və aktivində 2 xal var.
 

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB