TOP 10

Daha bir cüdoçumuz DÇ-də medalsız qaldı

Cüdo
Tarix: 2018-09-24 16:17

Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha bir cüdoçusu tatami üzərinə çıxıb. Sport24.az xəbər verir ki, kişilərin yarışında 90 kq çəkidə yer alan Məmmədəli Mehdiyev mübarizə aparıb.

Yarışa 1/32 final mərhələsindən başlayan 25 yaşlı idmançının ilk rəqibi belaruslu Viktor Klyavusev olub. Mehdiyev bu rəqibinə qızıl xal hesabına qalib gəlsə də, növbəti mərhələdə mübarizəni dayandırıb. O, dünya və Avropa çempionatlarının mükafatçısı olan macarıstanlı Kristian Tota Golden Score-da ipponla uduzub.

 

Qeyd edək ki, geridə qalan 4 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov və Hidayət Heydərov (73 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. Növbəti günlərdə İrina Kindzerska (+78 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaqlar.

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB