TOP 10

Abakarov gümüş, Həmzətov bürünc medal qazandı

Güləş
Tarix: 2018-09-24 13:34

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı sona çatıb. Sport24.az xəbər verir ki, son yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər medalçıları müəyyənləşdirib. Yığmamız son gündə gümüş və bürünc medal qazanıb.

 

Türkiyə, Macarıstan, Rusiya və Hindistan təmsilçisinə qalib gələn Abubakr Abakarov (74 kq) finalda amerikalı rəqibinə uduzub və gümüş medalla kifayətlənib.

 

Asxab Həmzətov (92 kq) amerikalı və ukraynalı həmkarlarını üstələdikdən sonra Qazaxıstan güləşçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyindən Həmzətov təsəlliverici görüşə çıxıb. Əvvəlcə Polşa, daha sonra Özbəkistan yığmasının üzvünə çətinlik çəkmədən qalib gələn Asxab dünya 3-cüsü olub.

 

Mübarizəyə 1/8 finaldan qoşulan Rahid Həmidli Qırğızıstan və Hindistan güləşçilərini sıradan çıxarıb və yarımfinala adlayıb. Finalın bir addımlığında Kanada idmançısı ilə gərgin keçən mübarizə həmyerlimizin minimalhesabı məğlubiyyəti ilə nəticələnib. Həmidli bürünc medal uğrunda qarşılaşmada moldovalı güləşçiyə uduzub və 5-ci yeri tutub.

 

İntiqam Vəlizadə və Maqomed Asiyatilov ilk mərhələdə uduzub.

 

61 kq

Təsnifat - İntiqam Vəlizadə - Arman Eloyan (FRA) 1:8

 

74 kq

FİNAL - Abubakr Abakarov - Mexi Kevin Luis (USA) 1:5

1/2 final - Abubakr Abakarov - Saçin Rathi (İND) 11:0

1/4 final - Abubakr Abakarov - Devid Betanov (RUS) 9:3

1/8 final - Abubakr Abakarov - Botond Lukaş (HUN) 7:0

Təsnifat - Abubakr Abakarov - İsa Demir (TUR) 5:0

 

86 kq

Təsnifat - Maqomed Asiyatilov - İvan Nedealko (MDA) 4:10

 

92 kq

Bürünc medal görüşü - Asxab Həmzətov - Maksud Veysəlov (UZB) 9:3

Təsəlliverici görüş - Asxab Həmzətov - Matyu Vroblevski (POL) 9:2

1/4 final - Asxab Həmzətov - Əlişir Yerqali (KAZ) 0:2

1/8 final - Asxab Həmzətov - Aleksandr Bikanov (UKR) 4:1

Təsnifat - Asxab Hamzatov - Yakob Aleksander Varner (USA) *6:6

 

125 kq

Bürünc medal görüşü - Rahid Həmidli - Samxan Cəbrayılov (MDA) 1:3

1/2 final - Rahid Həmidli - Ali Medhat Abde Barqut (CAN) 2:3

1/4 final - Rahid Həmidli - Mohit Mohit (İND) 5:0

1/8 final - Rahid Həmidli - Ayan Alimov (KGZ) 5:3

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB