TOP 10

Hacıyevdən DÇ-də qızıl, Abasovdan bürünc medal

Güləş
Tarix: 2018-09-22 22:49

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

 

Əliabbas Rzazadə təsnifat mərhələsini rahat keçsə də, 1/8 finalda erməni rəqibi ilə bacarmayıb.

 

Röyal Ağamalıyev də komanda yoldaşının aqibətini yaşayıb. Belaruslu güləşçiyə qalib gələn həmyerlimiz 1/8 finalda Moldova təmsilçisinə uduzub.

 

Hacımurad Hacıyev İran və Almaniya güləşçilərinə rahat qalib gələrək adını 1/4 finala yazdırıb. Bu mərhələdə Ukrayna təmsilçisinə də gücünü göstərərək yarımfinala çıxıb. Moldova nümayəndəsinə də heç bir şans tanımayan yığma üzvü cari DÇ-də finala yüksələn ilk güləşçimiz olub. Hacıyevin Rusiya güləşçisi ilə final qarşılaşması dramatik alınıb. İlk hissədən sonra 0:3 hesabıyla geridə olan təmsilçimiz görüşün sonlarında geridönüş edərək dünya çempionu olub. Bu, cari mundialda ilk qızıl medalımızdı.

 

Orxan Abbasov Slovakiyadan olan rəqibini üstələyib və 1/4 finala çıxıb. Abasov daha sonra polşalı güləşçini də məğlub edib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ təmsilçisinə uduzan Orxan bürünc medal uğrunda görüşdə Moldovodan olan həmkarını üstələyib və mundialda 3-cü yeri tutub.

 

Orxan Həsənov isə dünya çempionatı ilə erkən vidalaşıb.

 

57 kq

1/8 final - Əliabbas Rzazadə - Arsen Harutyunyan (ARM) 1:6

Təsnifat - Əliabbas Rzazadə - Vladislav Koyka (BLR) 10:0

 

65 kq

1/8 final - Röyal Ağamalıyev - Nikolay Qrahmez (MDA) 3:7

Təsnifat - Röyal Ağamalıyev - Mikita Strax (BLR) 7:2

 

70 kq

FİNAL - Hacımurad Hacıyev - Razambek Camalov (RUS) 4:3

1/2 final - Hacımurad Hacıyev - Vasile Diakon (MDA) 16:6

1/4 final - Hacımurad Hacıyev - Stepan Lilik (UKR) 12:6

1/8 final - Hacımurad Hacıyev - Tino Rettinger (GER) 8:2

Təsnifat - Hacımurad Hacıyev - Əmirhüseyn Murteza Qoli Kavusi (İRİ) 18:7

 

79 kq

Bürünc medal görüşü - Orxan Abasov - Andrian Qrosul *3:3

1/2 final - Orxan Abasov - Aaron Markel Bruks (USA) 1:6

1/4 final - Orxan Abasov - Yakub Jimula (POL) 10:2

1/8 final - Orxan Abasov - Kristofer Bednarik (SVK) 5:0

 

97 kq

1/8 final - Orxan Həsənov - Serik Bakitxanov (KAZ) 0:7

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB