TOP 10

Millimiz mübarizəyə əsas mərhələdən başlayacaq

Futzal
Tarix: 2018-09-22 12:08

19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə keçiriləcək Avropa çempionatında 35 komanda iştirak edəcək. Sport24.az xəbər verir ki, həlledici mərhələyə ev sahibliyi edəcək milli istisna olmaqla qalan 34 komanda ilkin və əsas mərhələdə yarışacaq. Daha doğrusu, reytinq cədvəlində son 8 sırada yer alan komandalar yanvarın 21-dən 26-dək keçiriləcək ilkin mərhələdə iştirak edəcək. Komandalar hər birində 4 iştirakçı olmaqla 2 qrupa bölünəcək. Ancaq qrup qalibləri əsas mərhələdə yarışacaq. Elə millimiz də mübarizəyə bu mərhələdən başlayacaq.

 

Martın 26-dan 31-dək keçiriləcək əsas mərhələdə 28 komanda iştirak edəcək. Bu dəfə komandalar 7 qrupda mübarizə aparacaq. Yeddi qrupun qalibi həlledici mərhələdə mübarizəni davam etdirmək hüququ qazanacaq. Hələ ki, final mərhələsinin hansı ölkədə keçiriləcəyi məlum deyil. Finalçı ölkənin adı sentyabrın 27-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında müəyyənləşəcək. Gürcüstan və ya Latviya gələn ilin sentyabrında keçiriləcək həlledici raunda ev sahibliyi etmək istəyir. Seçmə mərhələnin püşkü noyabrın 1-də Nyon şəhərində atılacaq. Qalibin adı isə 2019-cu ildə 8-14 sentyabr tarixlərində baş tutacaq final mərhələsində müəyyənləşəcək. Reqlamentə əsasən, 8 komanda bu mərhələdə iki qrupda yarımfinala yüksəlmək üçün mübarizə aparacaq. İlkin və əsas mərhələdən mübarizəyə başlayacaq komandaların siyahısını diqqətinizə çatdırırıq:  

 

İlkin mərhələ (21-26 yanvar)
İsveç, Monteneqro, Kosovo, Yunanıstan, Litva, Kipr, Andorra, San Marino


Əsas mərhələ (26-31 mart)

Rusiya, İspaniya, Portuqaliya, Qazaxıstan, Ukrayna, Azərbaycan, İtaliya, Serbiya, Sloveniya, Xorvatiya, Macarıstan, Çexiya, Rumıniya, Polşa, Fransa, Slovakiya, Belarus, Hollandiya, Bosniya və Herseqovina, Belçika, Gürcüstan*, Makedoniya, Finlandiya, Latviya*, Türkiyə, Moldova, İngiltərə

 

Qeyd edək ki, Gürcüstan və Latviya federasiyalarından biri final mərhələsinə ev sahibliyi edəcək.

 

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB