TOP 10

Azərbaycan yığmasının üzvü DÇ-də təsəlliverici görüşdə uduzdu

Güləş
Tarix: 2018-09-22 00:04

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, dördüncü yarış günündə məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında qızlardan ibarət yığmamızın iki üzvü mübarizəyə qoşulub. Ceyla Nağızadə (65 kq) təsnifat mərhələsində italyan rəqibinə uduzub.

 

Tatyana Varantsova startda Türkiyə təmsilçisinə qalib gəldikdən sonra Özbəkistan idmançısı ilə qarşılaşıb. Son 10 saniyəyədək 8:4 hesabıyla öndə olan Varantsova ani diqqətsizlikdən rəqibinə 4 xal "bağışlayıb". Sonuncu xal prinsipi Tatyananın məğlubiyyəti ilə nəticələnib. Rəqibi finala çıxdığından yığmamızın üzvü təsəlliverici görüşə çıxıb və Minqolustan təmsilçisinə uduzub.

 

53 kq

Təsəlliverici görüş - Tatyana Varantsova - Enxtsetseq Batbaatar (MGL) 6:14

1/4 final - Tatyana Varantsova - Aktenge Keunimyayeva (UZB) 8:8*

Təsnifat - Tatyana Varantsova - Zeynep Yetgil (TUR) 8:5

 

65 kq

Təsnifat - Ceyla Nağızadə - Yelena Esposito (İTA) 0:4

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB