TOP 10

"Biz zəifləmədik, rəqib yaxşı oynamağa başladı"

Voleybol
Tarix: 0000-00-00 00:00

“Katerina Jidkovanın zərbələrinin qarşısını ala bilmədik. Nəticədə, mövsümdə ilk dəfə “Azərreyl”ə uduzduq". Sport24.az xəbər verir ki, bu sözləri voleybolçu qadınlardan ibarət “Telekom” klubunun baş məşqçisi Zoran Qayiç deyib.

 

O, fikirlərini Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsi vasitəsilə bölüşüb: “İkinci hissədən sonra biz zəifləmədik, sadəcə olaraq rəqib yaxşı oynamağa başladı. Düşünürəm ki, azarkeşlər əla oyun izlədi. Qarşılaşma həqiqətən zövqverici idi.

 

Qeyd edək ki, Voleybol üzrə Azərbaycan Super Liqasında “Azərreyl”lə qarşılaşan “rabitəçilər” 2:0 öndə olduğu matçdan 2:3 hesabı ilə məğlub ayrılıb. Bununla da rəqib komanda çempionluğa doğru əhəmiyyətli addım atıb.

 

23 Sentyabr 2019
22 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB