TOP 10

Bakıdakı DÇ 190-dan çox ölkədə

Cüdo
Tarix: 2018-09-19 12:51

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıdakı dünya çempionatını yayımlayacaq telekanalların adlarını açıqlayıb. Sport24.az xəbər verir ki, yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var.

Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq.

 

86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış AZTV (İdman Azərbaycan) və CBC Sport telekanalları vasitəsilə yayımlanacaq.

 

Qeyd edək ki, dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB