TOP 10

Fətullayevdən DÇ-də bürünc medal

Güləş
Tarix: 2018-09-19 01:20

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı keçirilir. Sport24.az xəbər verir ki, güləşçilərimizdən Nəzərşah Fətullayev (87 kq) dünya 3-cüsü olub. Sərxan Məmmədov (130 kq) isə təsəlliverici görüşdə uduzub.

 

Bu yaxınlarda zədələnən Avropa çempionu Ülvü Qənizadə (72 kq) mundialla erkən vidalaşıb. Elşad Məmmədov (60 kq) startda vaxtından əvvəl əlcəzairli güləşçiyə qalib gəldikdən sonra Özbəkistan təmsilçisi ilə ağır görüş keçirib. Hesabda 0:5 geri düşən Məmmədov əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Ancaq Elşad bu mərhələdə Rumıniyadan olan həmkarıyla bacarmayıb.

 

55 kq

1/4 final – Nurtazin Kerimberdi Uulu (KGZ) – Zülfiqar Əliyev 9:0

1/8 final – Zülfiqar Əliyev – Şota Oqava (JPN) 7:0

 

63 kq

1/8 final – Saqar Saqar (İND) – Kamran Mirzəliyev 9:7

 

77 kq

Təsnifat – Nasir Həsənov – Zahari Rosenov Zaşev (BUL) 0:8

 

87 kq

Bürünc medal görüşü – Nəzərşah Fətullayev - Maimaiti Kaisayer (CHN) 5:1

1/2 final – Ramon Reyner Betşart (SUİ) – Nəzərşah Fətullayev 5:3

1/4 final – Nəzərşah Fətullayev – Yakob Edvard Loqaard (SWE) 3:1

1/8 final – Nəzərşah Fətullayev – Bedirhan Tan (TUR) 4:3

 

130 kq

Təsəlliverici görüş – Fatih Bozkurt (TUR) – Sərxan Məmmədov 5:2

1/8 final – Amin Mohammadzaman Mirzəzadə (İRİ) – Sərxan Məmmədov 10:1

Təsnifat – Sərxan Məmmədov – Roland Vatzi (HUN) *7:7

 

60 kq

1/4 final - Razvan Arnaut (ROU) - Elşad Məmmədov 5:0

1/8 final - Turabek Tirkaşev (UZB) - Elşad Məmmədov 5:6

Təsnifat - Murtada Naanaa (ALG) - Elşad Məmmədov 0:9

 

72 kq

Təsnifat - Maqomed Yarbilov (RUS) - Ülvü Qənizadə 4:0

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB