TOP 10

Qurban Qurbanov Sport24.az-a komandasının son durumundan danışdı: “...Rəşad Sadıqov oynamayacaq”

Futbol
Tarix: 2018-09-18 20:07

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Sportinq” klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Sport24.az-ın Lissabona ezam olunan əməkdaşına eksklüziv açıqlamasında Ağdam klubunun çalışdırıcısı komandadakı son durumla bağlı bunları söyləyib:

 

“Simeon Slavçevlə Dani Kintana “Sportinq”lə oyunu dəqiq buraxacaq. Ancaq Slavçev artıq fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündü komandayla məşq edir”.

 

Baş məşqçi kapitan Rəşad Sadıqovun oynamayacağını da dilə gətirib: "Dizindən zədə alıb. Azı 4-5 gün dincəlməlidi. Amma o, bir daha müayinədən keçəcək. Görünən odu ki, qarşıdakı oyunu buraxacaq”.

 

MEHMAN SÜLEYMANOV

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB