TOP 10

IJF İcraiyyə Komitəsinin Bakıdakı iclasının qərarları açıqlandı

Cüdo
Tarix: 2018-09-18 11:52

2021-ci il cüdo üzrə dünya çempionatı Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Sport24.az xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Cüdo Federasiyası (IJF) İcraiyyə Komitəsinin Bakıdakı iclasında qəbul olunub. Yarış 12 - 19 sentyabra təyin olunub.

 

Digər mühüm qərarlara gəlincə, komanda yarışlarındakı cüdoçulardan hansının tatamiyə birinci çıxacağını püşk müəyyənləşdirəcək. Bunadək yarışlar "aşağıdan-yuxarı" çəki dərəcələri prinsipi ilə təşkil edilirdi.

 

Bununla yanaşı, cüdonun illik təqviminə Kanada, İsrail və Çili Qran Prilərinin əlavə olunacağı açıqlanıb.

 

IJF Hakimlər Komissiyası bildirib ki, son illər keçirilmiş nüfuzlu yarışların analizləri nəticəsində görüşlərin 82 faizdən çoxunun əsas vaxtda yekunlaşdığı məlum olub.

 

İclasda Azərbaycan Cüdo Federasiyasının prezidenti və IJF İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev də iştirak edib.

 

Qeyd edək ki, cüdo üzrə 2019-cu il dünya çempionatı Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.
 

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB