TOP 10

U-19 qələbəylə başladı

Futzal
Tarix: 2018-09-15 23:43

Bu gün futzal üzrə Birinci Liqada I turun qalan 4 oyunu keçirilib. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən ilk qarşılaşmada iki ali təhsil qurumunun komandası üz-üzə gəlib. Daha təcrübəli hesab edilən Namiq Quliyevin komandası böyükhesablı qələbə qazanıb.

 

Günün ikinci oyununda isə “sülh” qeydə alınıb. Düzdü, oyunun gedişində “Sovetski” FK ardıcıl 3 top vurmağı bacarıb. Amma ruhdan düşməyən “Şərq” bərabərliyi bərpa edib. Beləliklə debütantlar mövsümə xalla başlayıb. İki ay əvvəl yaradılan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası isə Çinar Cəbrayıl-la “siftə” edib. Ağatahir Əzimov məşqçi kimi ilk rəsmi oyunda 3 xal qazanıb. Turun son qələbəsini isə Baku Fire aktivinə yazdırıb.

 

AZMIU – ADBTİA 1:7

Sovetski FK - Şərq 3:3

Çinar Cəbrayıl - U-19 2:9

Metropoliten - Baku Fire 1:7

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB