TOP 10

"Bayıl Arena"da hərəyə 1 qol, hərəyə 1 xal - YENİLƏNDİ

Futbol
Tarix: 2018-09-15 22:23

Bu gün Topaz Premyer Liqasında IV tur 1 oyunla davam edib. Sport24.az xəbər verir ki, "Bayıl Arena"da turnir cədvəlinin aşağılarında qərarlaşan komandaların qarşılaşması olub

 

Bu çempionatda ilk qələbəsini ötən turda qazanan "Səbail" son pillədə gedən "Zirə"ni qəbul edib. Samir Abasovun "qartallar"ın baş məşqçi postunda debütündə də qələbə həsrəti bitməyib. Hərçənd, "Zirə" hesabı açan tərəf olsa da, sona yaxın buraxdığı qolla qələbəni əldən verib. 

 

Topaz Premyer Liqası
4-cü tur

15 sentyabr

“Səbail” – “Zirə” 1:1 

QOLLAR: R.Əmirquliyev, 84 - P.Fərcad-Azad, 68-pen
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “Bayıl Arena" stadionu

Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 22. Edqar Paçeko, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 10. Ağabala Ramazanov, 18. Aqşin Qurbanlı, 27. Emil Martinov, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 88. Orxan Qurbanlı, 16. İqor Korotetski, 5. Vüqar Bəybalayev.

Baş məşqçi: Aftandil Hacıyev.

Zirə: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 27. Adrian Skarlatake, 2. İlkin Qırtımov, 26. Miloş Radivoyeviç, 11. Dilan Duventru, 6. Vüqar Mustafayev, 3. Budaq Nəsirov, 10. Sadio Tounkara, 7. Pərdis Fərcad-Azad, 17. Vüsal İsgəndərli.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 16. İbrahim Aslanlı, 88. Tellur Mütəllimov, 4. Müşfiq İlyasov, 77. Mirsahib Abbasov, 8. Kamal Mirzəyev, 38. İlkin Muradov.

Baş məşqçi: Samir Abasov.

 

Qeyd edək ki, tura sabah "Sabah" - "Qəbələ" (19:00) və "Neftçi" - "Keşlə" (21:00) matçları ilə yekun vurulacaq. 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB