TOP 10

Debütantlar xal qazana bilmədi

Futzal
Tarix: 2018-09-15 09:08

Futzal üzrə Birinci Liqada artıq I turun 4 oyunu keçirilib.  Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş mövsümün açılış qarşılaşmasında Yasamal FK-B debütantı xalsız qoyub.

 

Green Log isə Füzuli-ni böyükhesabla yenib. Yalnız üçüncü oyunda protokolda qonaq kimi qeyd edilən komanda qələbə sevinci yaşayıb. Baku Fans Ulduz-dan güclü olub. Günün son duelində təcrübəli Standard debütantlardan olan Zəngilan-la münasibətinə aydınlıq gətirib. Üç xalı Birinci Liqanın təcrübəli komandası qazanıb.   

 

Yasamal FK-B – Absheron FK 8:5

Green Log - Fuzuli FK 15:4

Ulduz - Baku Fans 1:7

Standard – Zəngilan FK 6:2

 

Turun qalan oyunları sabah – sentyabrın 15-də Bakı İdman Sarayında keçiriləcək.

Saat 18:00 AZMIU – ADBTİA

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov

Hakim-inspektor: Aydın Gözəlov

 

Saat 19.00 Sovetski FK - Şərq

Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı

Hakim-inspektor: Aydın Gözəlov

 

Saat 20:00 Cinar Cəbrayıl - U-19

Hakimlər: İnqilab Məmmədov, Əli Cəbrayılov

Hakim-inspektor: Əliəvəz Cabbarov

 

Saat 21:00 Metropoliten - Baku Fire

Hakimlər: Əli Cəbrayılov, İnqilab Məmmədov

Hakim-inspektor: Əliəvəz Cabbarov

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB