TOP 10

Araz Abdullayev diplomat obrazında: “Komandanın baş məşqçisi var”

Futbol
Tarix: 2018-09-15 01:01

Bu gün Araz Abdullayev “Sumqayıt”la görüşdə ilk dəfə “Qarabağ”ın formasını geyinmək şansını qazandı. Oyun praktikasının yoxluğu, təlim-məşq toplanışında iştirak etməməsi vingerin hər addımında hiss olunurdu. Matçdan sonra Ağdam təmsilçisinin debütantı jurnalistlərin suallarını cavablandırdı.

 

-    “Qarabağ”da rəsmi debütünü reallaşdırdın. Oyunla bağlı fikirlərin necədir?
-    Vacib oyun idi. “Sportinq”lə səfər görüşünə yaxşı motivasiya ilə yollanmaq üçün qalib gəlmək istəyirdik. Bir müddət idi ki, futbol oynamırdım. Düzdü, bir az ağır oldu. Oyundan-oyuna çalışacam ki, daha yaxşı olsun.

 

-    “Panionios”la müqavilə imzalayandan sonra nə üçün orada qalmadın?
-    Məşqə çıxdıq. Klubla danışdıq ki, müqaviləni pozmaq lazımdı. Bunu açıqlamaq istəmirəm.

 

-    “Mattersburq”a keçidin niyə alınmadı?

-    Klublar arasında olan danışıqlar idi. Mən oyunçuyam.


-    Düşünmürsən ki, “Panionios”da qalaraq, Yunanıstanda oynamaq daha yaxşı olardı?
-    İndiki vəziyyətdə “Qarabağ”a gəldiyim üçün şadam. “Qarabağ” Azərbaycanın böyük klubudur. Çalışacam ki, karyeramı daha da inkişaf etdirim.

 

-    Başqa məşqçilərin rəhbərliyi altında intizamsızlığınla seçilirdin. İctimaiyyətdə belə fikir formalaşıb ki, Qurban Qurbanovun rəhbərliyi altında əl-qolunu çırmalayıb futbolunu oynayacaqsan və başqa Araz olacaqsan.
-    Əlbəttə, Qurban Qurbanov amili var. Məşqçi və oyunçuların ustalıq keyfiyyətləri yüksəkdir. Belə şəraitdə oynamaq futbolçunun karyerası üçün də xeyirlidi.

 

-    Legioner karyeran parlaq alınmadı. Nə üçün azərbaycanlı futbolçular xaricə yollandıqdan 6 ay sonra geri dönürlər?
-    Mən elə fikirləşmirəm. Ölkə xaricindəki karyeramın normal davam etdiyini düşünürəm. Çalışırdım ki, Azərbaycanı yaxşı təmsil edim. Hər şey qaydasında idi. Pis alınmırdı. Klublar arasında deyəsən, maddi məsələdə razılıq əldə edilmədi.

 

-    Gənc yaşlarından sənə etimad böyük olub. Çünki istedadın göz önündədi. Amma stabil şəkildə oynamamısan. Düşünmürsən ki, “Qarabağ” sənin üçün son addımdır?
-    “Qarabağ”da hər oyunçu şans gözləyir. Ola bilər ki, bir oyun zəif oynayarsan, belədə, digəri mövqeyini ələ keçirəcək. Yəni, rəqabət varsa, inkişaf var. Mən rəqabətdən çəkinən futbolçu olmamışam. Çalışıram ki, bunu oyunumla sübut edim. Danışmağı xoşlamıram.

 

-    “Sportinq”lə oyunda “Qarabağ”ın şansını necə dəyərləndirirsən?
-    Çətin qrupa düşmüşük. “Sportinq”lə oyundan öncə bu matçı düşünürdük. Çempion olmaq üçün evdəki bütün oyunları udmaq lazımdı. Xalq “Qarabağ”dan həmişə yaxşı nəticələr gözləyir. Biz də çalışacağıq ki, onları sevindirək.

 

-    Milli komandamızda da vacib fiqur sayılırsan. Millimiz sənin yoxluğunda Kosovo və Maltanı məğlub edə bilmədi. Komandada nə çatışmadı?
-    Komandanın baş məşçisi var. Ondan soruşarsınız. Özüm istərdim ki, tam formada olub, komandaya kömək olum. Bunun üçün meydanda yaxşı oynayıb, yığmaya dəvət almaq lazımdı.
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB