TOP 10

“Bu, istənilən qapıçının başına gələ bilər” - Vaqner da Silva

Futbol
Tarix: 2018-09-15 00:08

Topaz Premyer Liqasının IV turunun açılış matçında “Sumqayıt” “Qarabağ”a səfərdə 0:1 məğlub olsa da, ağdamlılara xeyli narahat məqamlar yaşatdı. Bəzi anlarda bəxt Nazim Süleymanovun yetirmələrindən üz döndərdisə, bir neçə halda ölkə çempionunun qolkiperi Vaqner da Silva əla seyvlərlə yadda qaldı. Sport24.az xəbər verir ki, Vaqner matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

-    Öncədən oyunun çətin olacağını bilirdik. Çünki qarşılaşmanın müəyyən hissələrində rəqibin bizə çətinlik yaşadacağını gözləyirdik. Bəzən elə olur ki, istədiyin alınmır. Buna baxmayaraq öz komandamı təbrik edirəm ki, bu çətinliyin öhdəsindən gələ bildik. 
 

- Oyun zamanı etdiyin qurtarışlar önəmli idi. Bəlkə də matçın taleyini həll etdin. Birinci hissədə də yaxşı qurtarış etdin. Bu şansla bağlıdır, yoxsa ustalıqla? 
- Belə məsələləri fərdiləşdirmək istəməzdim. Məğlub olanda da komanda şəklində uduzuruq, udanda da "Qarabağ" böyük komandadır. Ona görə də hər kəs öz işini görməyə çalışır. Oyun ərzində qapıya 2-3 zərbə gəlir. Biz də hazır olmalıyıq.  
 
- Avropa Liqasının qrup mərhələsində "Sportinq"lə qarşılaşacaqsınız. Portuqaliya çempionatında çıxış etmisən. Rəqibin güclü və zəif cəhətləri barədə nə deyə bilərsən? 
- Bu rəqibi yaxşı tanıyıram. Dəfələrlə onlara qarşı oynamışam. "Sportinq" mənə xoş anları xatırladır. O komanda ilə oyunlardan xoş xatirələrim qalıb. 9 dəfə o rəqibə qarşı oynamışam. İki dəfə məğlub olmuşuq. Çətin oyun olacağını bilirik. Biz bu oyuna da böyük ümidlərlə gedirik. 
 

- Son olaraq "Boavişta"nın heyətində çıxış edərkən iki oyunda da "Sportinq"ə məğlub olmusunuz. "Qarabağ"ın heyətində bu komandaya qalib gəlmək mümkündürmü? 
- İki məğlubiyyət son mövsümdə olub. Bizim "Sportinq"lə matçda qələbə qazanmaq şansımız var. Öz ölkəsinin ən güclü komandalarından biridir. Bunu deməyə ehtiyac yoxdu. "Qarabağ" da Azərbacyanın ən böyük klubudur. Onlar da bunu bilirlər. Bu barədə məlumatları var. 
 

- "Qarabağ"da rəqabət apardınız Halldorsson İslandiya millisində iki oyuna 9 qol buraxıb. Onun hazırkı vəziyyəti necədir? 
- Futbolda belə şeylər olur. Bu, təbii haldı. Onun kifayət qədər təcrübəsi var. Bu, istənilən qapıçının başına gələ bilər. Bu məsələlərə qarışmaq istəməzdim. Növbəti oyunda kimin oynayacağı barədə düşünmürük. Əsas məqsədimiz həmin oyunda müsbət nəticə qazanmaqdı.
 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB