TOP 10

Aleksey İsayev məğlubiyyətin səbəbkarını göstərdi: “...Hakimdən soruşun”

Futbol
Tarix: 2018-09-14 23:25

“Sumqayıt”ın yarımmüdafiəçisi Aleksey İsayev Topaz Premyer Liqasının IV turunun açılış oyununda səfərdə “Qarabağ”dan aldıqları məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi idarəçiliklə bağlı iradlarını gizlətməyib.

 

-    İlk 45 dəqiqədə rəqibin cəmi qol imkanı oldu. Penalti zərbəsini nəzərdə tuturam. Başqa fürsətləri olmadı. Öz dəst-xəttimizə uyğun futbol sərgiləmək istəyirdik. Hesab edirəm ki, layiqli oyun nümayiş etdirdik. Bəli, “Qarabağ” yüksək səviyyəli komandadı. Ancaq onlarla da oynamaq mümkündü. Fasilədən sonra qırmızı vərəqə aldığımız epizodadək də çox yaxşı oynadıq. Elə özümün də fərqlənmək üçün yaxşı şanslarım oldu. İmkandan istifadə edib komanda yoldaşlarımdan bu fürsətləri qaçırdığıma görə üzr istəyirəm. Azlıqda qaldıqdan sonra topa nəzarət rəqibə keçdi. Son dəqiqədə penalti var idimi? Bunu hakimdən soruşun.

 

-    Bu cür “Qarabağ” görəcəyinizi gözləyirdin, yoxsa daha əzəmətlisini gözləyirdin?
-    “Qarabağ” güclü komandadı. Məzmunlu oyuna köklənmişdim. Bu, belə də oldu. Oyuna görə “Qarabağ”a təşəkkür edirəm.

 

-    Çempiondan xal qopara bilməməyinizə nə mane oldu?
-    Əldə edilən qol epizodlarının boşa verilməsi. Bir də... hakimdən soruşun. Hər şey gözü qarşısında baş verdi. Üç aydı Azərbaycandayam. Heç nə deməyəcəm.

 

-    Hesab edirsən ki, son dəqiqədə penalti təyin edilməli idi?
-    Təkrarına baxdıq. Penalti var idi.

 

-    Rusiyada da analoji halla rastlaşmısan?
-    Hər yerdə belə şeylər olur. Hakimlər də insandılar.

 

-    Bəlkə rəqib “Qarabağ” olduğuna görə hakim penalti təyin etmədi?
-    Bu, ənənəvi sualdı. Bilmirəm, cavab verə bilmərəm.

 

-    Qarşınıza qoyulan məqsəd?
-    Avropa Liqasına vəsiqə qazanmaq tapşırığımız var. Klub prezidenti deyib, biz də həyata keçirməliyik. Yaxşı, keyfiyyətli komandamız var. Hesab edirəm ki, məqsədimizə çatmalıyıq. Komandamız yenidi. Cəmi 2 aydı bir yerdəyik. Bizə vaxt verin və hər şeyi özünüz görəcəksiniz.

 

-    10 nömrəli maykanı seçmisən. Bunun sirri nədədi?
-    Uşaqlıqdan bu nömrəni sevmişəm. Hərənin bir arzusu olur. Mənim də arzum hər zaman bu maykada çıxış etməkdi. 

 

-    Azərbaycana bağlılığın doğrudanmı var?
-    Var, ata tərəfimdən. Ancaq uşaqlıqdan atasız böyümüşəm.

 

-    Milli komandamızdan dəvət gəlsə?..
-    Açığı, hələ bunun üzərində düşünürəm.

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB