TOP 10

Süleymanov təmiz penaltilərinin verilmədiyini açıqladı: "Futbolçuların haqqını yemək olmaz"

Futbol
Tarix: 2018-09-14 22:22

"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının IV turunda "Qarabağ"a 0:1 hesabıyla uduzduqları səfər matçından sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə matçı dəyərləndirib. 

 

- "Qarabağ"ı qələbə münasibətilə təbrik etmək istəyirəm və Avroliqada qarşıdakı oyunda uğurlar arzulayıram. Bu komandayla oynamaq hər bir rəqib üçün şərəflidi. Futbolçularımız yaxşı keyfiyyətlərini göstərdilər. Onlardan razı qaldım. Uduzmağımızın səbəbləri başqadı, siz daha yaxşı gördünüz. Mübahisəli anları yəqin ki, siz daha gördünüz. Ola bilər ki, mən yaxşı görmədim.

 

- Bu gün əsəbisiniz. Məğlubiyyətlə bağlıdı?

- Yox. Hakim bir fiti səsləndirməməklə nəticəyə təsir göstərir. Azərbaycan çempionatında belə olay olmuşdu ki, hakimi penaltiyə görə futboldan silmişdilər. Bizim epizodda əllə oyun oldu.

 

- Qeyd etdiyiniz epizodun təkrarına baxdınız?

- Yox. Buna ehtiyac yoxdu. Futbolçularıma inanıram. Rəqib futbolçu əllə oynamışdı. Futbolçuların haqqını yemək olmaz. Hakim futbolçuların çəkdiyi zəhməti kompensasiya edə bilmirsə, deməli problemlər var.

 

- Yusif Nəbiyev qırmızı vərəqəyə görə cəzalandırılacaq?

- Bəli, ancaq bu, klubun daxili işidi. Onun əllə oyunu uşaq səhvi idi. Bu da 2-ci sarı vərəqədi.

 

- Ona nə dediniz?

- Dedim ki, sənin də Atilla kimi sarı vərəqən var idi, ehtiyatlı oynamalı idiniz.

 

- 4 oyuna 3 qırmızı vərəqə almısınız. Komandanız çox intizamsızdı. 

- Kənardan B=belə görünə bilər. Ancaq bu, futbolçuların diqqətsizliyindən qaynaqlanan məsələdi. Deməli, məşqçi heyəti də daha diqqətli olmalıdı. Burda hansısa addımlar atmaq lazımdı.

 

- Orxan Sadıqlı hələ də ehtiyatda qalıb...

- Qapıya iki qapıçı qoya bilərik?

 

- “Keşlə"də də oynamırdı axı. Bura oynamaq üçün gəlmişdi...

- Sizin fikriniz odur ki, hər oyunda bir qapıçı oynadım. Bu, şəxsi fikirniz ola bilər. Bizim fikrimiz isə sağlam rəqabət yaratmaqdı. Bu, Orxana da faydalı ola bilər.

 

MEHMAN SÜLEYMANOV

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB