TOP 10

Qurbanov Süleymanovun hakimliklə bağlı narazılığına normal yanaşır: "Bu, mənə aid sahə olmadığına görə..."

Futbol
Tarix: 2018-09-14 22:24

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının IV turunda "Sumqayıt"a evdə 1:0 hesabı ilə qalib gəldikləri ev matçından sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə matçı dəyərləndirib. 

 

- Ağır oyun oldu. Bizdə çox şey alınmırdı. Bu da başadüşüləndi. Komanda dünən bir araya gəlmişdi. Buna baxmayaraq, futbolçuları qələbə münasibətilə təbrik edirəm. 6 gün sonra Portuqaliyada çətin oyunumuz var. "Sumqayıt"a uğurlar arzulayıram. Nazim Süleymanovun komandası oyundan-oyuna daha yaxşı oynayır. Düşünürəm ki, qarşıdakı matçlarda daha yaxşı nəticələlər əldə edəcəklər.

 

- Bu gün matçı izləyənlər arasında "Sportinq"in məşqçisi də vardi. Bəs "Qarabağ"dan Portuqaliyaya gedən məşqçi olacaq?

- Bilirdim ki, stadiona rəqibdən nümayəndə var. Bazar günü kubok matçı oynayırlar. Fikirləşirəm ki, oyunlarına getməyə ehtiyac olmayacaq. "Sportinq"in matçlarına baxmışam.

 

- "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov hakimlikdən narazı qalıb...

- Həmkarımın fikrinə normal yanaşıram. Qarşılaşmada bir sıra mübahisəli epiozdlar vardı. Hər hansı fikir bildirə bilmərəm. Hər oyundan sonra müxtəlif fikirlər olur. Düşünürəm ki, hələ qarşıda çox oyun var və belə müzakirələr olacaq. 

 

- Araz Abdullayevin debüt matçında çıxışı sizi qane etdimi?

- Arazdan bu gün maksimum oyun gözləyə bilmərəm. Xeyli vaxtdır rəsmi oyun keçirməyib. Sonuncu dəfə iyunda millinin heyətində Latviya yığmasına qarşı oynayıb. Abdullayev çox ciddi hazırlaşır və əvvəlki formasını bərpa etməyə böyük istəyi var.

 

- Bu gün AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etmədiniz. Hakimliklə bağlı çıxarılan qərar haqda düşüncələriniz necədi?

- Bəli, məni toplantıya dəvət etmişdilər. Ancaq oyunumuz olduğuna görə iclasda iştirak edə bilmədim. Hakimlik nə qədər İcraiyyə Komitəsində müzakirə olunsa da, mənə aid sahə deyil. Neçə ildir bu məsələ, komitələrin birləşdirilməsi müzakirə olunur. Belə praktika olub. Mənə aid olmayan sahə olduğuna görə, dərindən də maraqlanmamışam. Buna görə fikir bildirə bilmərəm. UEFA bəzən tələb edir ki, belə dəyişiklik olsun. Bu haqda informasiyam var. Dəyişikliyə normal yanaşmalıyıq. 

15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB