TOP 10

"Sumqayıt"da itki

Futbol
Tarix: 2018-09-14 21:12

"Sumqayıt" Topaz Premyer Liqasının IV turunun açılış qarşılaşmasında qonağı olduğu "Qarabağ"la hazırda davam edən matçda itkiylə üzləşib. Sport24 az xəbər verir ki, komandanın ən təcrübəli futbolçularından olan Elvin Məmmədov "Azərsun Arena"dakı qarşılaşmanın ikinci hissəsinin əvvəlində məcburi əvəzlənməli olub.

 

Buna səbəb 30 yaşlı yarımmüdafiəçisinin rəqiblə mübarizədən sonra əzələsini dartması olub. Nəticədə Elvin axsayaraq meydanı tərk edib və onu Cavid Tağıyev əvəzləyib.

 

Qeyd edək ki, Məmmədov karyerasında 2 müxtəlif vaxtda "Qarabağ"da oynayıb. 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB