TOP 10

"Sportinq"in baş məşqçisinin oğlu "Azərsun Arena"da

Futbol
Tarix: 2018-09-14 20:10

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ”ın rəqibi “Sportinq”in məşqçisi Vitor Pezeyru Azərbaycana gəlib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis Topaz Premyer Liqası IV turu çərçivəsində hazırda keçirilən “Qarabağ” – “Sumqayıt” matçına baxmaq üçün “Azərsun Arena”ya təşrif buyurub.

 

Qrup mərhələsində ilk rəqibi haqda məlumat toplamaq üçün ölkəmizə gələn Vitor "Sportinq”in baş məşqçisi Joze Pezeyrunun oğludu. O, 2014-cü ildən etibarən atasının işlədiyi klublarda köməkçi məşqçi kimi çalışır.

 

Xatırladaq ki, “Sportinq” – “Qarabağ” matçı sentyabrın 20-də Lissabonda keçiriləcək.

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB