TOP 10

“Qarabağ”ın rəqibi 2 futbolçu ilə müqavilə bağladı

Dünya Futbolu
Tarix: 2018-09-14 18:44

“Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Arsenal" iki futbolçusu ilə peşəkar müqavilə imzalayıb. Sport24.az London klubunun saytına istinadən xəbər verir ki, “topçular” Bukayo Saka və Artur Okonkvonu əsas komandaya cəlb ediblər. Müqavilələrin detalları açıqlanmır.

 

Hər iki futbolçu daha əvvəl "Arsenal"ın 18 yaşlılardan ibarət komandasında çıxış edib.

 

“Qarabağ" Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB