TOP 10

"CBC Sport" "İdman Azərbaycan"la memorandum imzaladı: "Siqnal bu telekanala təmənnasız ötürüləcək"

Futbol
Tarix: 2018-09-14 16:49

“CBC Sport” rəsmi bəyanat yayıb. Sport24.az xəbər verir ki, adıçəkilən telekanal Azərbaycanın futbol azarkeşlərinin və auditoriyanın maraqlarını nəzərə alaraq, bu mövsüm “CBC Sport” TV-nin Azərbaycan ərazisində yayımı üzrə müstəsna hüquqlara malik olduğu UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və futbol üzrə İspaniya çempionatının ölkə ərazisinə yayım əhatəsini genişləndirmək və auditoriyanın daha çox sayda oyun izləməsini təmin etmək məqsədilə “CBC Sport” və “İdman Azərbaycan” telekanalları arasında memorandum imzalandığını bəyan edib: "Memorandumun müddəalarına əsasən, yuxarıda adıçəkilən yarışlar çərçivəsində eyni vaxtda başlanan və “CBC Sport”un efirində yayımı mümkün olmayan oyunların siqnalı “İdman Azərbaycan” telekanalına təmənnasız şəkildə ötürüləcək. Azərbaycan teleməkanında ilk dəfə bu cür addım atan “CBC Sport” TV ümid edir ki, izləyicilər və Azərbaycandakı futbol azarkeşləri bu yenilikdən razı qalacaq, həmçinin bu cür addımlar gələcək layihələr üçün örnək rolunu oynayacaq".

 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB