TOP 10

"Zirə"də Bilal problemi yenə yarandı

Futbol
Tarix: 2018-09-14 17:19

"Zirə" Topaz Premyer Liqanın IV turunda “Səbail”lə sabahkı səfər matçına itkiylə çıxacaq. Klubdan Sport24.az-a verilən məlumata görə, komandanın yarımmüdafiəçisi Bilal Həmdi zədələnib. 

 

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə əzələsindən zədə alan əlcəzairli yarımmüdafiəçinin "Bayıl Arena"dakı matçı buraxacağı dəqiqdi. Onun növbəti oyuna qədər sıraya dönəcəyi gözlənilir.

 

Bu, Bilalın "Zirə"yə gələndən sonra ilk zədəsi deyil. O, çempionatn startında da bu üzdən heyətdən kənarda qalmışdı

 

Qeyd edək ki, "Səbail” – “Zirə” oyunu saat 20:30-da başlayacaq.

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB