TOP 10

Malıyev Hakimlər Komitəsinin müstəqil qurum olması barədə: "...Çoxdan verilməli idi"

Futbol
Tarix: 2018-09-14 16:26

"Keşlə" AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin birləşdirilərək əcnəbi sədr təyin olunması ilə bağlı AFFA-nın İcraiyyə Komitəsinin (İK) çıxardığı bugünkü qərarı təqdirəlayiq sayır. Qərarla bağlı fikirlərini öyrəndiyimiz klubun icraçı-direktoru Rəmiş Malıyev Sport24.az-a açıqlamasında bu praktikanın bir çox Avropa ölkələrində olduğunu qeyd edib: "Bu, olduqca lazımlı qərar idi. Avropanın bir sıra ölkələrində belə bir praktika var".

 

Malıyev yeni komitənin müstəqil quruma çevrilməsinə dair sualımızı da cavablandırıb: "Çox müsbət qərardı. Bu, çoxdan verilməli idi. Alqışlayıram ki, hakimlər artıq müstəqil qurum kimi fəaliyyət göstərəcəklər".

 

Qeyd edək ki, İK-nın qərarına əsasən Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedi və rübdə 1 dəfə bu qurumun üzvlərinə hesabat xarakterli məruzə edəcək. 

 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB