TOP 10

AFFA-dan "Qarabağ"ın BOS-da oynamasıyla bağlı rəsmi açıqlama: "Bu, klubun seçimi oldu"

Futbol
Tarix: 2018-09-14 16:01

AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ"ın Avropa Liqasında qrup mərhələsində ev matçlarını Bakı Olimpiya Stadionunda keçirməsinə rəsmi münasibət bildirib. Sport24.az xəbər verir ki, qurum rəsmisi bu seçimin kluba məxsus olduğunu bəyan edib: "Qarabağ" rəhbərliyi bizimlə məsləhətləşdi və müsbət cavab verdik. Ancaq bu məsələ klubla stadion rəhbərlyi arasında həll olunub. Qrup mərhələsi elədi ki, ən yaxşı stadionda oynamaq istəyirsən".

 

Xatırladaq ki, "Qarabağ" qrupda ilk ev matçını oktyabrın 4-də London "Arsenal"ıyla keçirəcək. 

 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB