TOP 10

Yeni komitə sədrimizi tanıyaq - 106 dəqiqəlik matç idarə edən, əfsanəvi futbolçunu qovan yeganə hakim

Futbol
Tarix: 2018-09-14 14:29

Avstriyalı Fritz Stuxlik Azərbaycan futbolunun tarixinə düşüb. Sport24.az xəbər verir ki, 52 yaşlı keçmiş FİFA referisi 1992-ci ildən fəaliyyət göstərən AFFA Hakimlər Komitəsinin ilk əcnəbi sədri olub. Məlumdur ki, AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında həmin komitənin Hakim-İnspektorlar Komitəsiylə birləşdirilməsi ilə bağlı qərar çıxarılıb. Bununla da Xaqani Məmmədovun Hakimlər Komitəsində sədr erası başa çatıb.

 

1966-cı ilin noyabrın 11-də Vyanada anadan olan, hakimliyə 16 yaşında başlayan Stuxlikin peşəkar karyerası bundan 10 il sonra start götürüb. O, ilk təyinatını1992-ci ildə aldığı Avstriya Bundesliqasında 17 mövsüm keçirib. Bu, 1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər dövrü əhatə edib.

 

Stuxlik 1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərərək Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib.
 

Hakimliyi bitirəndən sonra Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olan Stuxlik həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb. Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb. O, 2010-cu ildən FIFA/UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdı.

 

Stuxlikin hakimlik karyerasına maraqlı məqamlar var. Belə ki, o, Avstriya Bundesliqasının tarixinə ən uzunmüddətli matçı idarə edən hakim kimi düşüb. Bu, 2009-cu ilin aprelin 25-də "Mattersburq"la "Kapfenberq" arasında görüşdü. Birincilərin 3:1 hesablı qələbəsiylə nəticələnən bu qarşılaşma 106 dəqiqə davam edib. Stuxlik bu matda 14 vərəqə göstərib ki, bunun 13-ü sarı, 1-i qırmızı olub. Yeni komitə sədrimiz Avropa futbolu tarixinə isə əfsanəvi uelsli futbolçu, hazırda millisinin baş məşqçisi olan Rayan Giqqzi meydanda qovmuş yeganə hakim kimi düşüb.

 


 

 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB