TOP 10

MS ona 250 milyon avro qiymət qoydu

Dünya Futbolu
Tarix: 2018-09-14 14:04

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola komandanın aparıcı futbolçularından olan Kevin De Breynenin təzminat qiymətini açıqlayıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis belçikalı yarımmüdafiəçinin azad agentə çevrilməsi üçün onu istəyən klubun 250 milyon avro ödəməli olduğunu bildirib:

 

“O, çox yaxşı və çevik futbolçudu. Hər şeyi bacarır. İnanılmaz oyunçudu. Kevinin təzminat qiyməti 250 milyon avrodu. Amma üzrlü sayın, o satılmır”.

 

Qeyd edək ki, De Breyne bu ilin yanvarında “Mançester Siti” ilə müqaviləsinin müddətini 2023-cü ilə qədər uzadıb.
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB