TOP 10

İddiamız doğruldu: Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri avstriyalı təyin edildi

Futbol
Tarix: 2018-09-14 13:45

AFFA Hakimlər və Hakim-İnspektorlar Komitələrinin birləşdiriləcəyi və yeni sədrinin əcnəbi olacağı ilə bağlı iddiamız özünü doğruldub. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu quruma avstriyalı Fritz Stuxlik sədr təyin olunub.

 

Bununla bağlı AFFA İcraiyyə Komitəsinin hazırda keçirilən iclasında qərar verilib. 1966-ci il noyabrın 11-də Vyanada anadan olan Stuxlik 16 il - 1993-2009-cu illərdə FİFA referisi olub. O, hakimlik karyerası ərzində 450-ə yaxın matç idarə edib. 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB