TOP 10

"Sportinq"in "Qarabağ"la matça liderləri ilə bağlı problemi

Futbol
Tarix: 2018-09-14 13:00

"Sportinq" Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la ev matçına ciddi itkilərlə çıxa bilər. Sport24.az xəbər verir ki, Lissabon təmsilçisinin aparıcı futbolçuları Luiş Nani ilə Bs Dost zədəlidi.

 

Bu üzdən hər iki hücumçu son məşqi buraxmalı olub. Hazırda zədələrini sağaldan təcrübəli futbolçuların Portuqaliya liqa kubokunda "Martimo" ilə bu bazar keçiril'cək qrup mərhələsinin ilk matçını buraxacaqları dəqiqdi.  

 

"Sportinq"in milli üzvləri artıq məşqlərə qatılıb. Bunlar 27 yaşlı argentinalı yarımmüdafiəçi Markus Akunya ilə Rodriqo Battalya, habelə Portuqaliya U-20-sinə çağıırlmış Migel Luisdi. Onlar artıq Lissabon klubunun baş məşqçisi Joze Peseyronun sərəncamındadı. 

 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ"  görüşü sentyabrın 20-i keçiriləcək.


 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB