TOP 10

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı - FOTOLAR

Futbol
Tarix: 2018-09-14 14:48

Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

 

1. AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilsin.

- Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuxlik yeni strukturun rəhbəri təyin olunsun.

- Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərsin.

- Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə etsin.

- Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunsun.

 

2. Klubların lisenziyalaşdırılması prosesi ilə bağlı aşağıdakı təklif qəbul olunsun:

- Əvəzedici komandanın yarışlarda iştirakı meyarı «A» dərəcədən «B» dərəcəli meyara keçirilsin.  Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunsun.

 

Qeyd edək ki, saat 15:00-da AFFA-nın inzibati binasında mətbuat nümayəndələri üçün İK-nın iclası ilə bağlı brifinq təşkil olunacaq.

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB