TOP 10

Abbaszadə başlayır, Abbasov bitirir

Futbol
Tarix: 2018-09-14 11:40

"CBC Sport"un Topaz Premyer Liqasında IV tur üçün şərhçi təyinatları məlum olub. Sport24.az xəbər verir ki, bu gün tura start verəcək "Qarabağ" - "Sumqayıt" matçını Gündüz Abbaszadə şərh edəcək. "Azərsun Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq.

 

Sabah saat 20:30-da "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Zirə" görüşünün şərhçisi Rövşən Binnətli olacaq. 

 

Birigün ilk qarşılşama saat 19:00-da "Əlincə Arena"da "Sabah" - "Qəbələ" oyunu olacaq ki, onu Elnur Məmmdəli şərh edəcək. Bundan 2 saat sonra "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Keşlə" matçında Şəmsəddin Abbasov iş başında olacaq. 

15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB