TOP 10

“Şüvəlan” “Ağsu”ya, MOİK “Turan Tovuz”a qalib gəldi

Futbol
Tarix: 2018-09-13 18:43

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.

 

“Qaradağ Lökbatan” “Keşlə-2” ilə dueldən qalib ayrılıb.

 

MOİK səfərdə “Turan Tovuz”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda qonaqlar qələbəyə seviniblər.

 

“Şüvəlan” isə “Ağsu”nu 2 cavabsız qolla məğlub edib.

 

Birinci Divizion
3-cü tur

13 sentyabr

 

Qaradağ Lökbatan - Keşlə-2 1:0
Qol: Bəhruz Teymurov, 15.
Qırmızı vərəqə: Murad Qayalı, 42 (“Keşlə-2”)
Hakimlər: Səbuhi Bayramov, Pərvin Talıbov, Aleksandr Musatkin, Emin Nağıbəyov.
Lökbatan Olimpiya Kompleksinin stadionu.

 

Turan Tovuz - MOİK 2:3
Qol: İlkin Sadıqov, 15-pen. Şahin Quluzadə, 71 - Fərid Nadirov, 15. Rüfət Məmmədov, 49. Sadiq Ağazadə, 90+3.
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahin Heybətov, Sərxan İsmayılov.
Tovuz şəhər stadionu .

 

Şüvəlan - Ağsu 2:0
Qol: Rəhman Musayev, 57; 60-pen.
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Eyyub İbrahimov, Bəxtiyar Gözəlov.
Bakı. “AZAL Arena”.

 

Turun qalan oyunları sabah keçiriləcək: 14 sentyabr (Sabah-2 – Zaqatala, Kəpəz - Neftçi-2, Zirə-2 - Qarabağ-2, Sumqayıt-2 - Səbail-2).

15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB