TOP 10

Quliyev toplanışı dəyərləndirdi, planları açıqladı: "Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur"

Futbol
Tarix: 2018-09-13 16:55

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, “Sumqayıt”ın U-19 komandası ilə qarşılaşan yığma 4:0 hesablı qələbə qazanıb. U-17-nin qollarını Veysəl Rzayev, Samir Abdullayev, Valeh Qəhrəmanlı və Rauf Məhərrəmov vurub.

 

U-17-nin baş məşqçisi Ramin Quliyev oyunla bağlı affa.az-a açıqlama verib: “Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışına başlamışıq. Vaxtımız çox azdı. Seçmə mərhələyə qədər futbolçuların idman formasını yaxşılaşdırmalıyıq. Bu toplanışdan sonra Ukrayna ilə səfərdə iki yoldaşlıq oyunu keçirəcəyik. Təbii ki, Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur. Ukraynanın seçmə mərhələdə qarşılaşacağımız rəqiblərlə eyni səviyyədə olması bizə yaxşı təcrübə qazandıracaq. Bu gün də həmin qarşılaşmalarda istifadə edəcəyimiz taktiki gedişləri oyunçulara aşılamağa çalışdıq. İstədiklərimizin bəzilərini həyata keçirə bildik. Yaxşı alınan gedişləri daha da inkişaf etdirməyə, səhvlərimizin üzərində isə işləməyə davam edəcəyik”.

 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB