TOP 10

"Arsenal" "Qarabağ"la matçı buraxacaq futbolçularını açıqladı

Futbol
Tarix: 2018-09-13 16:45

"Qarabağ"ın Avropa Liqasındakı qrup mərhələsindəki rəqibi "Arsenal" zədəli futbolçularının son vəziyyəti ilə bağlı məlumat verib. Sport24.az xəbər verir ki, klubun rəsmi saytı sol dizindən zədə alan müdafiəçi Sead Kolaşinaçin oktyabrın əvvəlində komanda ilə məşqlərə başlayacağı gözlənildiyini açıqlayıb.

 

Sol ayaq sümüyündə kiçik sınıq olan yarımmüdafiəçi Enzl Meytlend-Naylzın da həmin vaxt hazırlıqlara qoşulacağı gözlənilir. .Karl Cenkinsonla Loren Kselin isə iki aya məşqlərə qayıdacağı bildirilib. Bu isə o deməkdir ki, həmin 2 futbolçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la səfər oyununu dəqiq buraxacaqlar.

 

Qeyd edək ki, "Qarabağ" Avroliqada ilk ev matçını oktyabrın 4-ü Bakı Olimpiya Stadionunda "Arsenal"la keçirəcək.

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB