TOP 10

Qurban Qurbanov 2 futbolçunu heyətdən kənarlaşdırdı

Futbol
Tarix: 2018-09-10 12:59

Azərbaycan millisinin UEFA Millətlər Liqasında Malta yığmasıyla bugünkü səfər matçına iştirak ərizəsi açıqlanıb. Sport24.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov sərəncamında olan 2 futbolçunu heyətdən kənarlaşdırııb.

 

Bunlar "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalızadəylə "Səbail"in yarımmüdafiəçisi Ruslan Qurbanovdu. Millimizin debütantı olan Bəxtiyar Kosovo millisiylə Bakıdakı matçda da "23-lüy"ə düşməmişdi. Ruslan isə həmin görüşdə start heyətində yer alsa da, zəif təsir bağışlayaraq ikinci hissədə əvəzlənmişdi. Qurbanov həmsoyadını bu dəfə ümumiyyətlə matçın protokoluna daxil etməməyi daha məqsədəuyğun sayıb. Əvəzində Kosovoyla qarşılaşmada iştirak ərizəsindən kənarda qalan "Neftçi"nin cinah yarımmüdafiəçisi Namiq Ələsgərov bu dəfə ən azı ehtiyatda olacaq.

 

Xatırladaq ki, Malta - Azərbaycan matçı bu gün Bakı vaxtilə saat 22:45-də keçiriləcək. 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB