TOP 10

Badmintonçularımız "Belarus International 2018"in qalibi oldular

Digər
Tarix: 2018-09-09 20:58

Belarusun paytaxtı Minskdə keçirilən badminton üzrə "Belarus International 2018" turnirinə yekun vurulub. Spoxəbər verir ki, kişilərin şəxsi yarışında Azərbaycan badmintonçusu Edi Reski Dviçayo və Fransa təmsilçisi Leo Rossi finalda üz-üzə gəlib. Yekunda 2:1 (21-18, 15-21, 21-19) hesablı qələbə qazanan Dviçayo "Belarus International 2018" turnirinin qalibi olub.

 

Eyni nailiyyətə kişilərin qoşa yarışında Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni dueti imza atıb. Yarımfinalda polşalı cütlüyə 2:0 (21-18, 23-21) hesabı ilə qalib gələn təmsilçilərimiz finalda fransalı Leo Rossi - Tomas Baures tandemini də yenib - 2:0 (21-18, 21-14). 

 

Qeyd edək ki, Dviçayo və Qovimuramadhoni "Sabah" Peşəkar İdman Klubunun üzvləridi.

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB