TOP 10

Qurban Qurbanov kimlərə güvənəcək? Təxmin etdiyimiz heyət

Futbol
Tarix: 2018-09-07 13:33

Qurban Qurbanov bu axşam milli düşərgəyə dəvət etdiyi 25 futbolçudan ikisinin adını Kosovo ilə qarşılaşma üçün iştirak ərizəsinə daxil etməyəcək. Ancaq bundan da maraqlı olan sual var: 46 yaşlı mütəxəssis Millətlər Liqasının ilk oyununda meydançaya kimləri buraxacaq? Sport24.az öz versiyasını təqdim edir: 

 

Qapıçı: Kamran Ağayev (k.)

 

Müdafiəçilər: Ürfan Abbasov – Bədavi Hüseynov - Maksim Medvedev – Məhəmməd Mirzəbəyov;

 

Yarımmüdafiəçilər: Dmitri Nazarov – Qara Qarayev – Riçard Almeyda – Emin Mahmudov – Mahir Mədətov;

 

Hücumçu: Ramil Şeydayev.

 

Adı iştirak ərizəsinə düşməyəcək futbolçulara gəlincə, böyük ehtimalla 2 oyunçudan biri Bəxtiyar Həsənalızadə olacaq. Digər oyunçuya gəlincə, bu, Topaz Premyer Liqasının ilk 3 turunda bir dəqiqə belə meydançada olmayan Namik Əlsəgərovla Rəhman Hacıyevdən biri ola bilər.
 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB