TOP 10

Varnadan bürünc medalla

Gimnastika
Tarix: 2018-09-03 17:35

Azərbaycan gimnastı Yelizaveta Luzan Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal əldə edib. Sport24.az Azərbaycan Gimnastika Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, fərdi proqramda çıxış edən Luzan lentlə hərəkətlərə görə hakimlərdən 13.900 xal alaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

 

O, çoxnövçülükdə 4-cü, halqa, top və gürzlərlə çıxışlarına görə isə 6-cı olub.

 

Millimizin digər fərdi gimnastı Məryam Səfərova isə çoxnövçülükdə 9-cu yerdə qərarlaşıb.

 

Beynəlxalq turnirdə 15 ölkədən 200-ə yaxın gimnast iştirak edib.

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB